Zəka Vilayətoğlu - GÖZLƏRİN GÖZƏL OLMASA
"Yıxıldım", bir baxışından,
gözə gəlmək əgər busa,
deyərdim ki, bədnəzərdir,
gözlərin gözəl olmasa!
Bənzərsən kəskin qılınca,
can sevinir, sən alınca.
Gəlmərəm ki heç dalınca
izlərin gözəl olmasa!
Baxmam, çoxuna, azına,
Qurbanam yazı yazana,
dözə bilmərəm nazına,
"döz"lərin gözəl olmasa!
Ruhum yerlərdə sürünər,
toza, dumana bürünər,
Eşqim alışmadan sönər,
közlərin gözəl olmasa!
Zəka Vilayətoğlu