Zaxarova Qurani-Kərimin yandırılmasına münasibət bildirdi

SİYASƏT 09:03 / 25.01.2023 Baxış sayı: 1351

 

"Dini baxışlara hörmət seçim deyil, zərurətdir".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Zaxarova verdiyi açıqlamada İsveçdə Qurani-Kərimin yandırılmasına və etirazlara reaksiya verib:

"Beynəlxalq sənədlərdə ifadə azadlığı hüququna hər hansı bir din və ya dini ayin haqqında tənqidi və aşağılayıcı ifadələrin işlədilməsi, xüsusən də müsəlmanlar üçün Qurani-Kərimin yandırılması daxil deyil. Dini baxışlara hörmət bir seçim deyil, zərurətdir. Avropa hamını mövcud olmayan cinsləri tanımağa məcbur edirsə, gərək milyonlarla insanın müqəddəs saydığı şeylərə də hörmətlə yanaşsın".