Goranboyda minaya düşdü ...

Goranboyda 45 yaşlı kişini minaya düşməsinin təfərrüatları məlum olub.
Yenises.az-ın məlumatına görə, Kəlbəcər rayon sakini Goranboyun Qaraçinar kəndində yaşayan 45 yaşlı Qalıb Abbasovun mal-qarası Baranbat adlanan meşəlik ərazidə itib.
Qalib Abbasov mal qarasını meşəlik ərazidə axtaran zaman minaya düşüb. Xəsarət alan şəxs əvvəlcə Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Ona xəstəxanada yardım edildikdən sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.