Əlirza HƏSRƏT : - AYRILIQ DA EŞQ PAYIDIR

Ayrılıq da eşq payıdır,
Bu eşqə xətir ayrılaq.
Göz yaşın həsrət yağışı,
Tutmuşam çətir,ayrılaq.
Bir heykəldir qəlbimizdə,
Arxamızca düşən iz də.
Yarımçıq şeirik biz də,
Ha sətir-sətir ayrılaq.
Çovğunlu,boranlı qışam,
Üfürdükcə,yanır bu şam.
Ay dəli,sənsiz qalmışam,
Özünü yetir,ayrılaq.