Fərhad Tapdıqoğlu : - Saxla-dı

(hekayə)
Afət xanım öz saxla-ncından " pay- püş" hazırlayıb, əri Bayramla evdən çıxdılar.Evin tinində taksi saxlatdırıb ,bağ massivinə sürdürdülər.Bayramın dostu ,rəhmətlik Səmədin ailəsi orada yaşayırdı .
Səmədlə Bayram bir müəssisədə,bir sexdə işləmişdilər.Bayram adi usta vəzifəsindən sex rəisliyinə qədər yüksəlmişdi.Səməd isə sazlayıcı- çilingər idi.Onların bir prinsipi vardı: " iş işdir,dostluq öz yerində".
Zavodlar ard- arda bağlanana qədər bir yerdə işləyən dostların ailəvi gediş - gəlişləri vardı.
Təəssüf ki,Səməd xərçəng xəstəliyindən dünyasını tez dəyişdi.İki oğlu:Əvəz və Yaşar,arvadı Adilə xanım bir yerdə yaşayırlar.Yazda Əvəzin toyu olmalıydı,amma məlum səbəblərdən sonraya saxlanılıb.
Darvazanın ağzında onları Əvəz qarşılayıb evə dəvət etdi.
Adilə xanım,Yaşar da gəlib,görüşüb qonaqları içəri dəvət etdilər.
Əvəz qəssabın yanına gedib ,səhər saxla-tdırdığl quzu ətini gətirdi.
Bayram kişi :
- Əvəz oğlum,bir az söhbət edək.Sonra çay- çörək yeyərik- dedi.
Bayram kişi bilirdi ki,qardaşların kiçik marketləri var.Özlərini təmin edib,saxlaya bilirlər.Hətta "filankəslərin" də " haqqlarını" verib onları da "saxla-yırlar."
Bayram kişi atalar sözlərini ,zərb- məsəlləri çox xoşlayırdı.Elə söhbətə də onlarla başladı:
- Mənim indi deyəcəklərimi yadınızda saxla-yın:"İki əl bir başı saxla-ya bilmirsə,o əllər kimə lazımdır?"Saxla zamanı,gələr zamanı"," Bu günün işini sabaha saxla-ma",
" Pulun olanda pulsuzluğa pul saxla,gəncliyindən qocalığa güc saxla,dalaşanda barışmağa üz saxla".
Əvəzlə Yaşar ona diqqətlə qulaq asırdılar.
-Heç vaxt kinli olmayın,kin saxla-mayın.Sirr saxla-mağı bacarın.Nəfsinizi saxla-maq ,onun ağası olmaq lazımdır.Bir mübahisə olanda özünüzü ələ alıb,saxla-maq böyük hünərdi.
Dil başa bəladır.Dilini dinc saxla-mağı,dilinə yiyəlik eləməyi bacarmalısan.
Uşaqlar ,dədə- babadan evdə ən yumşaq yorğan - döşəyi,ən dadlı meyvələri qonağa saxla-yıblar.
Əvəz dedi:
- Bayram əmi,atamla bir yerdə işlədiyiniz zamandan qısa da olsa danışın.
Bayram kişi:
- Atan həmişə böyük- kiçik yeri bilən,özünə hörmət edən ,dostluğu göz bəbəyi kimi qoruyub saxla-yan insan idi.Hərdən mən kollektivi plandan geri qalanda işdən sonra saxla-yıb işlədirdim. .Atan bilirdi ki,acam,o bir tikəsini də mənimlə bölüşürdü.
Mən heç vaxt iş prosesində onu xüsusi fərqləndirməzdim.Hamı bir idi,kollektivdi.Ona görə işlərimiz pis getmirdi.Zay məhsulun qarşısını özümüz alıb,nasazlığı düzəldənə qədər işi saxla-rdıq. Gözləməzdik ki,OTK (texniki nəzarət şöbəsi) işə qarışıb,saxla-sın.
Kollektivi saxla-maq üçün gərək onun qayğısını da unutmayasan.Biz bu prinsiplə işləyirdik.Atan öz işini gözəl bilirdi...
Həmin illərdən yadigar " 1May " paradından sonra kollektiv çəkdirdiyimiz şəkli və bir neçə başqa şəkli qoruyub saxla-yıram.
O zamanlar "basməmmədi",başdan sovdu işləyənlər də vardı.Bizim kollektiv belələrini saxla-mırdı.
Yaşar:
- Bayram əmi,o zamanlar maaşı necə alırdınız?
Bayram kişi:
-Avans və " poluçka(yəni maaşın qalan hissəsi),vaxtında...Əmək haqqlarımızdan qənaət eləyib hələ əmanət kassalarında da saxla-yırdıq...
Əvəz:
- İndi başqa cürdü.
Bayram kişi:
-Bilirəm.. "Qara Yanvar " hadisələrində yas saxla-yıb,qırx gün işləməmişik.Qalan illər ,aylar həmişə işləmişik.
İndi isə başlı başın saxla-sındır...
Əvəz mövzunu dəyişdi:
-Bayram əmi, o gün avtomobil müfəttişi məni saxla-dı,protokol yazmağa başladı.Mən sübut elədim ki,qaydaları pozmamışam,məcbur oldu yazmağı saxla-dı,protokolu cırdı atdı.Hə bir də bir avtomobil qəzası gördüm,iki nəfər yerindəcə keçinmişdi.Bir nəfərin heç burnu da qanamamışdı.Allah saxla-yanda saxla-yır.
Yaşar söhbətə qarışdı:
- O günü qonşuluqda oğurluq baş vermişdi.Artıq şübhəli şəxs kimi saxla-nanlar var...
Əvəz:
- Bayram əmi ,kirəkeş də saxla-yırıq.Bax o xırda evlərdə kirəkeşlər qalır.
Yaşar davam elədi:
- Anam toyuq da saxla-yır.Qaz,hinduşka,ördək saxla-maq üçün münasib şərait yoxdur.
Əvəz:
- Evində ev heyvanları saxla-yanlar da tanıyıram.Göyərçin həvəskarları,göyərçin saxla-yanlar da... Eşitmişəm ki,hətta vəhvi heyvanlar saxla-yan bir nəfər də var şəhərimizdə...
Yaşar:
-Ay da o günü bir pəhləvan mühərriki işə salınan maşını tutub saxla-dı...
Əvəz:
- Bayram əmi,anam dayəlik eləmək istəyir.Deyir ki,uşaq götürüm saxla-yım,qoymuram.
Bayram kişi:
-Düz eləyirsən oğlum.Maşallah dolanırsınız.İnşallah Sizin uşaqlarınızı, nəvələrini saxla-r...
Axşam bəlkə də yüzüncü dəfə "Əhməd haradadır" kinosuna baxırdım.Sürücü Əhməd necə deyir? "Saxla...saxla"
Bəs komendant? "Sükanı belə saxla?!"...
Beləcə şirin söhbət davam elədi.
Kabab da bişdi gəldi,Adilə xanım da ,Afət xanım süfrəni hazırlayıb qurtarandan sonra onlara qoşuldular.
Yedilər,üstündən samovar çayı içdilər.
Bayram kişi söhbətə davam elədi:
- Adam tanıyıram bir az pullanıb,qudurub,neçə arvad saxla-yır,amma öz ailəsində nələr baş verir,ilahi?! Deyirlər " arvadı əri saxla-r, pendiri dəri"
Vallah elə ər- arvad bir - birlərini qoruyub saxla-malıdırlar.Səmədlə Adilə bacı da çox mehriban ailə idilər,qarşılıqlı hörmət vardı,səmimiyyət vardı.Amansız xəstəlik aman vermədi Səməd qardaşıma.Allah rəhmət eləsin.
Mən də Afət qarı ilə yaşayırıq da.Oğlum öz ailəsini,kürəkənim də öz ailəsini saxla-yır.
Arvad da qışa gördüyü azuqə tədarükündən onlara da pay ayırıb saxla-yır.Nəvələri də Allah saxla-sın!
Allah Sizə də qismət eləsin.
Xalq şairi Musa Yaqubun aşağıdakı misralarını xatırladım:
Könlümü ilhamda, qəlbimi şuxda
Gözümü işıqda saxla-yanım var.
Tale nə sir- sifət verib bəsimdir.
Məni yaraşıqda saxla-yanım var.
Bəli,məni yaraşıqda ,gümrah saxla-yan Afət qarımla bu yaşımızda da bir - birimizə olan məhəbbətimizi,hörmətimizi qoruyub saxla-mışıq.
Allah Sizi,dostum Səmədin ağıllı, böyüyə,ağsaqqala hörməti saxla-yan balalarını qorusun! Allah Sizi bəd nəzərdən saxla-sın! Adilə xanıma Allah ömür versin!