Yurdda düşüncələr - Rafail Inceyurd

Bax, bu yerdə, bax, bu dəm
Özümdəyəm, özüməm.
Səsinə bax sükutun,
Çiçəkləyir zümzüməm.
Yenə zamansızlaşır
Gürş alan xatirələr.
İtilənib gəldilər
Korşalan xatirələr.
Bura gedər-gəlməzim,
Bura aldığım nəfəs.
Bura can verən kədər,
Bura dirilən həvəs.
Peşiman ayrılığın
Körpüsü var qabaqda.
Bir yaxşısı “keç” deyir,
Bir pisi var qabaqda.
...Qoyma bəd danışmağa,
Yaz ağzı, yum ağzımı.
Çoxum çoxdan gedibdi,
Özümə ver azımı!..
02.04.25