Əşrəf Veysəlli : - İNSANAM

Kiməsə ümidəm, kiməsə evəm,
Gah quru odunam, gah körpə şivəm.
Arxamda babam var, qarşımda nəvəm,
Həm gecə gözləyir, həm səhər məni.
Bəlkə bu torpağın arzularəam,
Odlu çiçəyiym, bəyaz qarıyam.
Gərək həqiqəti gəzəm, arayam
Yorduqca şübhələr, bəlkələr məni.
Bu yolda saçıma nur ələnibdir,
Dağlar mənə baxıb qürrələnibdir.
Görcək qoşun- qoşun cərgələnlbdir
Vələslət, palıdlar, cökələr məni.
Olsam da yolları, qolları bağlı,
Demərəm heç vədə haqsıza haqlı.
İçimdə bir duyğu əlibıçaqlı
Yoxsa tikə-tikə tikələr məni.
Diriykən bir alay, bir qoşun ollam
Ölsəm qarışqanın, ya quşun ollam.
Əriyə- əriyə qurquşun ollam,
Düşmən boğazına tökələr məni.
Yoluum raketlərin yolundan çətin,
Ən ağır gündə də mətinəm, mətin.
Sinəmdə yeri var hər məmləkətin,
Bəs niyə qorumur ölkələr məni?!
Dünənə, bu günə, sabaha görə,
Bu suya, havaya, torpağa görə,
Qorx ki, ARAZ boyda günaha görə
Nəsillər çarmıxa çəkələr məni.
Səmasl ulduzlu, qəlbi çiraqlı,
Bütün arzuları günəşə bağlı.
Azadlıq nəğməli, ağ gün soraqlı
O tül axşamlara bükələr məni.
Hələ nə qədər ki, döyünür ürək,
Vətən qan istəsə, ona can verək.
Məsləkim uğrunda deyirəm gərək
Bu tayla o taya tikələr məni .
Bu fikir hayandan düşdü beynimə-
Gecəni kürk bilib geydim əynimə?!
Cavanlıq dağları yıxdı çiynimə,
Qocalıq torpağa yük edər məni.
Dünyada nə qədər dava- dalaş var,
Sinəmdə ağrı var, gözümdə yaş var.
Qəlbimdə min tufan , min ixtişaş var,
Soyuq məzarda da silkələr məni.
Polad əzələmdir məğrur qayalar,
Büllur bulaqlardan sinəm pay alar.
Öləndə məzada basdırmayalar,
Gərək bu torpağa əkələr məni!