Yenises.az -  BAĞIŞLA

Ədəbiyyat 18:49 / 06.07.2026 Baxış sayı: 182

Eşqə xəyanət gözüdü,

Ayrılığın ta özüdü

Dilin ən çətin sözüdü-

Bağışla.

 

Əbədi sandım gələndə,

Ayıldım,gecdi biləndə.

Mən qaçqın yaşadım məndə

Bağışla!

 

Özümün olmayan canı,

Gözləmə sənə qıymamı.

Dünya bir yel dəyirmanı

Bağışla!

 

Ruhuma acı çarmıxam,

Yırtılır bu bədən - çuxam.

Sabah durub görsən, yoxam

Bağışla!