Əlirza HƏSRƏT - DAĞLARDA
Burda öz adı var hər günün,ayın,
Qoymaram süfrəyə mən ovçu payın.
Durna qatarına güllə atmayın,
Könlünü verən var quşa,dağlarda.
Kimdir elə vuran mizrabı telə,
Bizim də şəklimiz düşübdür selə.
Sevdim duman tutan yerindən elə,
Getmədi vədəmiz boşa,dağlarda.
Yer görsən dəyməyən insan ayağı,
Günəş arxa olar,bulud dayağı.
Ömür sürə bilsən qartal sayağı,
Əlirza Həsrətlə yaşa dağlarda.