Xatirə Rəhimbəyli - Əvvələ yüyürür hər şeyin sonu

Ədəbiyyat 11:36 / 06.07.2026 Baxış sayı: 353

Əvvələ yüyürür hər şeyin sonu,

Kürə şəklindədir dünya,biləsən.

Səni itirdiyim yerdə dayanıb

Səni gözləyirəm,dönüb gələsən.

 

Gələsən ,arxadan çatasan mənə,

Görəsən arxada qalan nə çəkir...

Qayıdıb gələsən ömrün qışına ,

Görəsən açmamış solan nə çəkir.

 

Görəsən nə alıb aparıb səni,

Görəsən nə tutub məni. saxlayıb .

Gedənmi haqlıdır,qalanmı haqlı,

görəsən,zamanı kim qabaqlayıb...

 

Əvvələ yüyürür hər şeyin sonu,

Kürə şəklindədir dünya,biləsən.

Səni itirdiyim yerdə dayanıb

Səni gözləyirəm,dönüb gələsən