Ayaz Arabaçı - Edirəm...
Mən bu qara bataqlığın içində,
Nə bir xəyal,nə bir arzu, edirəm.
Olan-qalan gücünüzü qoruyun,
Hamınıza səbir arzu edirəm.
Əlim yetmir heç cür ərşi-əlaya,
Ümid yoxdu məndə "həvlə-vəlaya"
Kim salıbsa bizi dərdə-bəlaya,
Əmvatına Sibir arzu edirəm..
Neynəsək də təslim olmur qış yaza...
Şahin çıxmış qarğaları pişvaza..
Üstümüzdə "şeş" oynadan işbaza-
Oyunbaza,"sə-bir" arzu edirəm..
Çox aldandım dumanlara-sislərə..
Üz vurmayın qapılmışam hisslərə..
Olmasa da real gücüm,pislərə,
Fələklərdən cəb(i)r arzu edirəm..
Saxtakarın girmədiyi oyun yox,
Haqq ipində bir günahkar boyun yox,
Millətimə "keçi","dana" ,"qoyun" yox,
Qızıl xallı bəbir arzu edirəm..
Bu şeirdə bircə güclü ədat var..
Ayrı,başqa nə ləzzət var,nə dad var..
Nifrətimin dəftərində on ad var,
Hər birinə qəbir arzu edirəm..