XOCALI-QAN YADDAŞIMIZ!
Vətən-Bu beş hərfdən ibarət olan söz ürəkləri riqqətə gətirən, insanda ruh yüksəkliyi yaradan uca məqamlı məkanın göstəricisidir. Əbəs yerə deməyiblər ki, Vətənsiz insan qanadsız quşa bənzəyir...
Bir də o, ola ki, Vətəndə Vətənsiz olasan, böyüyüb-başa çatdığın elin, obanın, doğma Yurdun həsrətini çəkəsən-Xocalılar, Qarabağlılar kimi...
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə mənfur yağı düşmən olan ermənilərin –o qarlı, çovğunlu soyuq qışgecəsində, qəfildən Xocalını və orada yaşayan dinc əhalini-bacı, qardaşlarımızı silah atəşinə tutması, uşaq, ahıl bilmədən vəhşicəsinə onların canına susaması insanlığın rəzalətidir...
Xocalıların Vətən həsrətini, ürək ağrılarını hər dəfə xatırlayanda , onların Anım tədbirlərin də qonaq olanda göz yaşlarıma hakim ola bilməmişəm. Onlar keçənləri xatırladıqca düşünürdüm ki, bir vətənpərvər şair Nazlı Yazar olaraq “Qan Yaddaşım Xocalı!” şeirimlə sanki mən də orda olmuşam. Mən bu şeiri niskil dolu notlarla başlasam da nikbin ruhda bitirmişdim. Və vurğulamışdım ki, ki, bəli, biz mütləq Xocalıya qayıdacayıq!
Bəli , Allah Xocalıların qisasını qiyamətə saxlamadı! 2023-cü ilin oktyabr ayında cənab Ali Baş Komandanın əmri ilə həyata keçirilən antiterror əməliyyatı ilə Xocalıda, Xankəndində üçrəngli, ay ulduzlu, şərafətli bayrağımız dalğalandı!
2024-cü il 07 fevraltarixində keçirilən Prezident seçkilərində Qalib Xalqımız İlham Heydər oğlu Əliyevi yenidən Ölkə Prezidenti, Ali Baş Komandan seçdi.
Həmin seçkilərdə Xankəndində bir vətəndaş olaraq iştirak edib səs verən cənab İlham Əliyevin bir çıxışı lap ürəyimcə oldu, mənə fərəh verdi.
Cənab İlham Əliyev dedi:
“Mənim Xankəndində qutuya atdığım adi bülleten deyil, erməni separadçılarının tabutuna vurulan son mismardır!”