Xəyalə  Sevil - Sən də bir cürə qırmısan

Ədəbiyyat 09:42 / 13.08.2026 Baxış sayı: 812

Sən də bir cürə qırmısan

Onsuz da qırılmış könlü.

Sinəmin taa ortasında

Ocaqtək qurulmuş könlü.

 

Qayıtsan da, nə xeyri var,

Gözlərinin tək seyri var.

Düz sözündə də əyri var,

Yorma bu yorulmuş könlü.

 

Ayağım yerdən döyülür,

Qapım içərdən döyülür.

Demişdim açma axı hər

Bir qıfıl vurulmuş könlü.

 

Sən də bir cürə qırmısan

Onsuz da qırılmış könlü.

Sinəmin taa ortasında

Ocaqtək qurulmuş könlü