Ələddin Əzimli - BİR DUYĞU-İKİ ŞEİR

Ədəbiyyat 13:55 / 13.08.2026 Baxış sayı: 681

 

ANA

Dağ qopanda yerindən,

Məkanı torpaq olar.

Vaxt gələr tumurcuqlar,

Gül olar, yarpaq olar.

Yatar daş daşın üstə,

Gələr yaş yaşın üstə.

Sənin baş daşın üstə

Ay gecə çıraq olar.

Ana, baş versə nəsə,

Göy qopsa, yer titrəsə,

Fələk işimi əysə,

Pak ruhun dayaq olar.

 

AĞRI

Bir uşaq gözün nə vaxtdır,

Qərib gecəyə ağrıyar.

Hardan bilək sahibsizdir,

Axtarır yiyə ağlayır.

Kövrək səsi qırıq-qırıq,

Boğur körpəni hıçqırıq.

Axtarsaq, bəlkə taprıq

Dərdini, niyə ağlayırıq?

Səsindən sızlayır daşlar,

Təsirsizdir yalvarışlar.

Belə olur qarğınmışlar?!

Üz tutub göyə ağlayır.

Doğmanın, yadın içində,

Ürəyı odun içində.

Yalqız bir qadın içində,

" Balam vay! ",- deyə ağlayır.