Əlizadə  Nuri - Bu dünya elə bil şirin almadı

Ədəbiyyat 11:45 / 12.08.2026 Baxış sayı: 225

 

Sən demə, ölüm də əkinçi imiş-

Torpaq ömürləri xışlayıb keçir.

Qürbətə uçmayan vəfalı quşlar

Mənim ürəyimdə qışlayıb keçir...

 

Şeytana daş atan özü də cinmiş,

Sonuncu ümid də dünən keçinmiş.

O xoş gün üstümdən gəlib keçirmiş

Heyif ki, yanımda düşməyib keçir...

 

Deyəsən, o qızın SU idi adı,

Hara axıb getd, niyə qalmadı?

...Bu dünya elə bil şirin almadı -

Hərə bir yanından dişləyib keçir.