Xəyalə Sevil - Nəyim varıydı ki, guya?!
Ədəbiyyat
09:35 / 21.04.2026
Baxış sayı: 336
Nəyim varıydı ki, guya?!
Gecəm vardı, yuxum yoxdu.
Mənim səni unutmağa
Sehirli çubuğum yoxdu.
Ürəyimdə nələr çəkdim
Ürəyimdən atmaq üçün.
Ayrılıq münbit torpaqmış
Həsrəti çoxaltmaq üçün.
Ərimişəm, sel olmuşam-
Gözlərində dağ qalmışam...
Mən sənsiz ölə bilərdim,
Şükür, yenə sağ qalmışam.