Yadigar Təvəkgul  - Qorxdum ləçəklərin qopub tökülər,

Ədəbiyyat 12:00 / 21.04.2026 Baxış sayı: 135

Qorxdum ləçəklərin qopub tökülər,

Qıymadım yuvandan qoparam səni

Dəli ürəyimin şah əsəri tək

Götürüb özümlə aparam səni.

 

Bilirəm yurd eşqin təmizdir pakdır

Bağrına həsrətin hilalı batır

Xəfif gülüşünlə əsir ürəyim

Baxışın eşq ilə qəlbimə yatır

 

Mən sənin eşqinlə olmuşam əsli

Sən könül dağımda edirsən nalə

Nə qədər dağ gəzdim, cığır dolandım

Gəlib ürəyimdə bitmisən laləm

 

Ay menim ruhumda pərvaz edənim

Gəl qov başım üstən dumanı cəni.

Başqa çiçəklərə aldanma nolar,

Qayıdıb gələcəm gözlə sən məni!!!