Əlirza Həsrət : - AYNANIN SƏSİNDƏ
(Səsi,avazı başdan-ayağa möcüzə,istedadlı bədii qiraət ustası Ayna Memmedova üçün)
Bu səs yarı sevda,yarı qübardı,
Bu səs ürəklərdə tufan qopardı.
Əcəb Aynalanmaq həvəsi vardı,
Dağda dumanın da,sisin də bir az.
Qüruba baş əyir Günəş bu səsdə,
Bu səsdən su içib bülbül qəfəsdə.
Nə belə avaz var,nə elə bəstə,
Gəl itək Aynanın səsində bir az.
Şam tutdum ahına "Segah"ın,"Şur"un,
Nəfəsi təngidi kül altda qorun.
Artırın səsini televizorun,
Ayna şeir deyir,susun da bir az!