Xəyalə Sevil - Dünən yaxşı deyildim

Ədəbiyyat 09:41 / 20.07.2026 Baxış sayı: 633

Dünən yaxşı deyildim.

Üzü xatirələrə

Səni çox soraqladım.

Heç xəbərim olmadı

Özümün də özümdən,

Bir də gördüm səninçün

Dəli kimi ağladım.

Sonra səhər açıldı,

Gün düşdü şərin üstə.

Qara bulud çəkildi

Bəyaz şəhərin üstdən.

Gördüm ki, nahaq yerə

Özümü incitmişəm,

Mən səndən getməliydim,

Mən özümdən getmişəm.

Səni unutmaq üçün

Bir xeyli səbəb tapdım,

Gördüm ki, bacarıram,

Canımda da təb tapdım.

Dinlədim ürəyimi,

Dedim, görüm nə deyir:

Səni unutmaq olur,

Arada bir tutmasa,

Həsrətin nadincliyi.