Adil Şirin - ALAQARANLIQ

Ədəbiyyat 11:22 / 19.07.2026 Baxış sayı: 715

 

Dan ulduzu gülümsəyir,

Şəhərin alaca aydınlığında.

Hələ səhər açılmamış

Quşlar oyanıb səs-səsə verib yay bağında.

Bir azdan bu gözəl alaqaranlıqda

Dan ulduzu gülümsəyə-gülumsəyə

Qeyb olacaq bir anda.

Bir azdan günəşin ilk şəfəqləri

Görünəcək uzaqlarda mavi dumanda...

Pəncərəni açıram,

Pəncərədə foto-neqativ kimi

Yavaş-yavaş aydınlanır,

Aşkarlanır şəhər.

Alaca aydınlıqda

Dəniz qoxuyur səhər...