Ehtiram  - İlham - ÜRƏYİNİN BAŞINDA SƏNİN...

Ədəbiyyat 21:40 / 19.07.2026 Baxış sayı: 525

 

Ən dərin ümmanlar topuğuncadı,

Batım, ürəyinin başında sənin.

Özümü divanə sellər qoynuna

Atım, ürəyinin başında sənin.

 

Qoy çəkim, bu boyda günahı yuma,

Məni həsrətinin əlində qoyma.

Tək bir istəyim var - bu son arzuma

Yetim ürəyinin başında sənin.

 

Sallanır gözümdən sırsıra, qırov,

Bu eşqin əlində ömür qovhaqov.

Alışan cismimdən yenə od-alov

Çatım ürəyinin başında sənin.

 

Dilində nə varsa, danış da, din də...

Olma, Ehtiramın heç vaxt günündə.

Fani deyiləndən varıb gedəndə

Yatım ürəyinin başında sənin.