Şakir Xanhüseynli - YAŞIL ÜMİDLİ ADAM
Ədəbiyyat
21:25 / 19.07.2026
Baxış sayı: 599
yamyaşıl geyimdə--
yamyaşıl pencək- köynəkdə
payızsan ki varsan
başdan-ayağa;
bəlkə quruyubdu əkdiyin ağac;
su gəlmir bağına çəkdiyin arxdan,
a yaşıl ümidli adam?..
yaşıl başmaq geyib, elə sanırsan
gəzdiyin çöl-bayır,
keçdiyin yol-cığır yaşıllanacaq...
yaşıla bürünüb,
ala bürünüb
qara günlərini düyənlərə bax;
üşüyə-üşüyə
odlanıb canında od soyudaraq
köz üstə qəlbini qoyanlara bax