Rəfail Tağızadə - Könlünə yatmayanı

Ədəbiyyat 14:41 / 20.07.2026 Baxış sayı: 643

Könlünə yatmayanı

sahilə qovan dəniz,

gülü qoynuna alan

dəniz, könlün nə təmiz.

 

Sevgilərin sadiqi -

sənə gül gətirmişəm,

sən ismətli gəlinsən

üzünə tül sərmisəm.

 

Gülü görüb əllərin

dalğa-dalğa əsəcək,

gəlib üzümə baxıb,

baxıb məni süzəcək.

Pıçılda qulağıma,

pıçılda duyulanı.

Gəl danışaq; boşaldım

içimə yığılanı.