Bəhram Bilaloğlu - **Ümidlərim rəng dəyişir
Ədəbiyyat
09:44 / 21.07.2026
Baxış sayı: 1260
**Ümidlərim rəng dəyişir,**
Son mənzilə çatanacan.
Göydən yerə zövq bəxş edir,
Ruh səmaya yatanacan.
Müqəssirim yoxdu hələ,
Alışmışam savablara.
Sözümə sual etsəniz,
Can yazaram cavablara.
Bir nöqtəyəm qoşa xətdə,
Halıma hal bağışlayır.
Gözlərimlə vurulduğum
Buludları naxışlayır.
Naxışımda incisiz siz,
Öyrənirəm inciləri.
Bada getməz bu ömürdə,
Cütləmişəm pənci, səri.