Aləmzər Sadıqqızı - Diqqət!!!

YAZARLAR 09:59 / 04.08.2026 Baxış sayı: 1855

 

Əziz dostlar!

Mən artıq o dəhşətli ağrılardan qurtarmişam...Təbii ki, o boyda ayaq kəsilib ağrı da var narahatlıqlar da...Məqsədim özümdən danışmaq deyil. Sizə gözəl bir həkimdən danışmaq istəyirəm...Saf hospitalın damar cərrahı Üzeyir həkimdən.. Bəlkə inanmayacaqsız Səhiyyəmizin bu bərbad dönəmində bu qədər xəstələrin ağrisı ilə yaşayan, bütün ruhu ilə, tükənməz enerjisi ilə pasientlərin hər cür mənada duyan ,onlara dayaq olan gözəl bir həkim!

Bu bir illik ağrılarımın,əzablarımın ən yaxşı tərəfi o oldu ki, belə bir gözəl insanı tanıdım! Saf hospitalın butün tibb işçiləri o qədər mehriban ,qayğıkeş xəstələrə öz doğması kimi baxır ki, mən inana bilmirdim... Allah kimsənin yolunu xəstəxanaya salmasın...Ancaq ayaqlarinızda problem varsa heç tərəddüd etmədən Üzeyir həkimi seçə bilərsiz...

Dediklərimə özünüz də şahid olacaqsız...

Mən o xəstəxanada qaldığım bir həftədən çox müddətdə gördüyüm yüksək dərəcədə tibbi yardım üçün, doğma münasibət üçün Sağ xəstəxanasının baş həkimi başda olmaqla butün tibbi heyətə xüsusi ilə də həkimim Üzeyir bəyə ürəkdən təşəkkür edirəm! Sizlərə də sağlamlıq arzulayıram!

Əziz dostlar, mənə Maddi, mənəvi dayaq olan bütün gözəl dostlarıma ürəkdən təşəkkür edirəm! Allah hamınızdan razı olsun!