Ağaevli Əli Hacı -Açıb dilimin qapısın
Açıb dilimin qapısın,
Gərəyimə söz götürdüm !
Üzümə üz bağlamadım,
Bir üzümlə döz götürdüm !
Açdım yaxasın gecənin,
Qaçdı yuxusu gecənin !
Alıb qoxusun gecənin,
Sabahıma köz götürdüm !
Bu,yollar düzə yaxılıb,
Yol da gözümdən yıxılıb !
Sinəmdəki dağa çıxıb,
Dağ başından düz götürdüm !
Çaldı sazın,dedi ozan
Söz ilə yeridi ozan !
Bəlkə,sözdü bəxti yazan,
Söz haqqımdan üz götürdüm !