Sevil  Azadqızı -  BİR AZ UZAQLARA GETMƏK İSTƏDİM

Ədəbiyyat 09:45 / 04.08.2026 Baxış sayı: 555

 

İllərdir ürəyim yara bağlayıb,

Səssizcə qəlbimdə səni səslədim.

Yolların sonunu sənə bağlayıb,

Bir az uzaqlara getmək istədim.

Səma dənizində üzür gəmimiz,

Dumanlı üfüqdə itir izimiz,

Uçub uzaqlara getmək istədim.

Sükutun səsini dinləyirəm mən,

Divarlar danışır sənin dilində.

Bir payız yarpağı düşür çiynimdən,

Solan ümidlərin sönən külündə.

Məsafə dediyin nədir ki, canım?

Ruhum nəfəsinlə nəfəs alandır.

Sənsiz keçən hər bir anım, zamanım,

Boş bir təsəllidir, acı yalandır.

Uzaqlar çağırır, gedə bilmirəm,

Çünki hər addımım sənə qayıdır.

Daha ayrılığı çəkə bilmirəm,

Bil, bu dərd ömrümün ağrı payıdır...