XATİRƏ RƏHİMBƏYLİ - İlahi,hüzurunda yenə açıldı əlim
İlahi,hüzurunda yenə açıldı əlim,
Bəlayi-eşq ucundan yenə pozuldu andım.
Bilirəm,günahkaram,yenə keç günahimdan,
Sən varkən yenə gedib bir daş bütə tapındım...
İlahi,sənsiz olmaz bu dünyanın işləri,
Bu aciz harayımı kaş əzəldən duyaydın.
O daş bütün içində,nolardı ürək olsa,
Ya mən də daş olaydım,ya o, insan olaydı...
İlahi,hər gün ölür,hər gün yenə dirilir,
Mənim duyğularımın kəpənək qanadları.
İlahi,boş-boşuna soldu getdi bu tarix,
Ah,məni oxumağa çatmadı savadları
Tanrı,bu daş bütlərin,bu duyğusuz bütlərin...
Tanrım,keç günahimdam,səni sevmək var ikən,
Tapındəm daş bütlərə,yandım daş ürəklərə..