Rafail Inceyurd Ismayilov - Mənim balam, qolumnan tut

Ədəbiyyat 11:23 / 11.08.2026 Baxış sayı: 282

 

***

Mənim balam, qolumnan tut,

Köhnə məni daha unut.

Hardan gəlir qara bulud –

Birdən dolu döyərmola?!

Dön qəhrimi gör də, tanı,

Tayı varmı? Varsa, hanı?

Könlüm o pünhan xatanı

özgəsinə deyərmola?!

Girməm haqqı dana-dana

gah, o dona, gah bu dona.

Hər gün Allah umuduna

girlənməyə dəyərmola?!

Səsimizi çox aldılar,

Olmalılar yuxaldılar.

Müxənnətlər çoxaldılar –

Tərəzini əyərmola?!

...Göylərə bax, yeri sına,

Salam olsun gələn sona.

O sonların umusuna

dən oldun, dən – göyər, bala!..

09.07.26