Fərhad Tapdıqoğlu - Düşüncələr
Böyürtkən kolu çiçək açmışdı.Çəhrayı çiçəklər onun yaşıl donuna xüsusi gözəllik verirdi.
Lakin çiçəklər get-gedə ömrünü kiçicik böyürtkən meyvələrinə bağışlayırdı. Xırda meyvələr böyüyür,iriləşir,qızarıb kökəlməyə başlayırdı .
Bar gətirməkdə gecikmiş böyürtkən meyvələri onlara çatmaqda idi.
Qabağa düşən böyürtkənlər bunu görüb bərk hirslənir, qapqara qaralırdılar.
İnsanlar isə əsəbiləşib,qaralan böyürtkən meyvələrini dərib yeyir,yığıb aparır,mürəbbə,kompot bişirirdilər ...
Böyürtkən kolunun digər qırmızı meyvələri də hər gün bax beləcə əsəbiləşir, qaralırdılar ...
İnsanlar üçün bu əsəb gərginliyinin heç bir əhəmiyyəti yox idi...
Onlar qapqara böyürtkənləri dərməklə məşğul idilər...
28.07.1971
=
--Qarpızdan dadınmı?
Dad,götür dad...
Daddın?
Dadı necədir? Dadlıdır?
Ağzının dadı var?
Ağzın dada gəldi?.
Ay dad,super dadıymış ee...
Daddan dadmaq dad bilənlər üçün daddır...
Dadıı meyvə, giləmeyvə ,tərəvəzlərdən dadın !
Amma dadamal olmayın !
Həyatınız dadlı olsun,dostlar!
05.08.2019