SÜLEYMAN ABDULLA. -  VAR

Ədəbiyyat 11:11 / 17.06.2026 Baxış sayı: 504

 

Uçmaz ki, hər qara yeldən köhnə dam,

Adamın evini sözlə yıxan var.

Olur ki, arada səhv edir adam,

Qağa dediyindən qarğa çıxan var...

 

Nazikdi vicdanı, qalındı gönü,

Yoxdur tamahının arxası, önü.

Çeynəyib həzm etsə olardı yönü,

Ala gözlərinə haqqı tıxan var.

 

Hikmət axtarandı dəvə qığında,

Kölgəsi dolanır itin cığında?

Çoxdu üzə gülən dost qılığında,

Düşməntək ayağa güllə sıxan var.