Mayisə Əsədulla Əliyeva : - Elə-belə dedim..

YAZARLAR 09:18 / 17.06.2026 Baxış sayı: 449

Bəzən cəmiyyətdə baş verənlər məni dərindən düşünməyə məcbur edir. Sragağünlərdə bir məktəbli oğlan, 16-17 yaş arası olardı, oteldə rəhmətə getmişdi. Allah rəhmət eləsin, valideyinlərinə səbr diləyirəm, ağır dərddi. Doğrusu, ağladım. Məkanı cənnət olsun. Elə istəyirdim həmin gün burda nəsə yazım, vaxtım olmadı. Evə gecə gəlib çatmışdım, xəbəri də rayon yolunda maşını saxlamışdım, çay-çörək süfrəsində 1 saat fasilə zamanı oxumuşdum. Amma və lakin...Cəmiyyətin ağzıgöyçəkləri, "başbilənləri" burda da hər şeyi öz arşınları ilə ölçməyə başladılar. Otel adı gələndə o dəqiqə bildilər-bilmədilər, niyə ağızları əyilir bəzilərinin? Uzun illərdi Azərbaycanı demək olar gəzirik. Yaradıcı adamam. Mən hansısa rayonlara, kəndlərə gedəndə harda qalım? Kimi tanıyıram? Tanışlar-dostlar çoxdu, hamısı da xətrimi çox istəyirlər, niyə xalqın evində qalmalıyam? Ayıb deyil eee, sadəcə narahat eləmək istəməmişəm. Yanımda kimsə olanda, bacım, yaxud yaxın bir adam olanda ən yaxın tanıdığımız yerdə qalmışıq, amma, tək özüm işlə əlaqəli gedəndə, ancaq oteldə haqqını ödəyib rahat yatmışam, çay-çörəyimi rahatca yeyib, səhər yoluma davam etmişəm. Burda ayıb nəsə var? Cəmiyyətmizdə otel adı gələndə ağıla ilk olaraq (beyin yerində peyin olanlar) başqa bir "fahişəghstroghdnb" məkan formalaşır. Otellərdə tibbi xidmətlər, üzgüçülük, trenajor, restoranlar, kafelər, SPA və digər sağlamlıq ocaqları var. Mən özüm də olmuşam. Otellər gecə-gündüz işləyib, vergi ödəyən müəssisələrdi. Rayonlardan, uzaq bölgələrdən şəhərə iş dalınca, ezamiyyətə, xeyir-şərə gələnlər harda qalsınlar? Çox adam qohumların evini narahat eləmək istəmir. Mənim kimi rayonlara gedənlər harda qalsınlar? Keçmişdə də karvansaralar olub. Sonra, kimisə yoldan otelə zorla sürüyüb gətirmirlər! Bildilər-bilmədilər hazırdı əllərində qılıncları kəsib-doğramağa..

Gənc rəhmətə gedən birinin dalınca niyə danışırlar, belə söhbətlər məni çox incidir. Daha sonra bir müğənni qadın da var, qadın zəhməti bahasına "atış-atış" oxuya-oxuya, gün-güzəranını düzəldib. Mənzilləri, bu yaxınlarda böyük bir villanı tikdirib qurtarırlar onun üçün, sağ əli başıma...Bəlkə də o qadın uzun illər əvvəllər bir neçə sənət adamlarını səfillik içində rəhmətə gedən görüb, nəticə çıxarıb. Hətta, səfillik içində rəhmətə gedən sənət adamları və yaradıcı adamlar dərmanlarını ala bilməyiblər...Uzağa getməyək, uşaqların sevimlisi "Şurum-burum" əmi, səfillik içində rəhmətə getdi, kim onu adam yerinə qoydu? "Qayınana" kinosunun Sevdası....Bilirsinizmi onun həyatını? O boyda rollar ifa edən aktrisanın acı sonluğu...Züleyxa adlı yaşlı müğənni qadın vardı, səhv eləmirəmsə cənub zonasından idi. Uzun illərin müğənnisi olub. Abır-həyalı, səfillik içində rəhmətə getdi...Kim idi onun abır-həyasına qiymət verən? Çoxdu belə misallar. Yüzlərlə rollara çəkilən aktyor-aktrisalar olub ki, kənarda qalıblar. Aktrisa da olub ki, cır səsi ilə çox kiçik bir rolu ilə palçıqlı daxmadan çıxıb, milyonlarla qiyməti olan saray bağışlanıb, dünyanı dəfələrlə gəzib, Magellanın dünya səyahəti kimi....İnanmırsınız? Bacarıb, yaşayıb, yaradıb! Həmin qadın da yaxşı yaşamaq istəyib, atış-atış deyə-deyə, öz güzəranını özü düzəldib. Bütün sahələr bunun kimi...Bacaran özünə bir xod tapır. İstedad çox adamda var, qazanmaq üçün isə, mütləq adamını tapmalısan, kim məndən inciyir, incisin. Otur bir ensiklopediya yaz, filosofluq elə, əlin uzun olub harasa çatmasa, qışda qaz-istilik gəlməyəndə, vərəqləri yandır, əllərini isti elə.

Elə-belə dedim...