Firidun Ağazadə - Bir sevgi qıymadı bizə
Ədəbiyyat
20:41 / 17.06.2026
Baxış sayı: 154
***
Bir sevgi qıymadı bizə,
Şəhər axırımıza çıxdı,
Hansı tində bir əğyar var,
Bizim uğrumuza çıxdı.
Sevən guya xoşbəxt-zaddı,
Gördük neçə Şəhrizadı...
İki misra şeir yazdıq –
Biri ağrımıza çıxdı.
Sirdi bu sevgi işləri,
Vurulduq, günah işlədik?
Hətta əfsanə eşqlərin
Qanı bağrımıza çıxdı.