SÜLEYMAN ABDULLA- SEVGİ ŞEİRİ

Ədəbiyyat 12:09 / 02.10.2025 Baxış sayı: 2310

 

Uşaq oyunu kimidir sevgi,

Ya da uşaq oyuncağı kimi...

Əyləncədir bir üzü,

göz yaşları və ya səadət, - o bir üzü.

Yersiz küsüb-barışmağı,

göysüz cığallığı var.

Qaşınmamış yerdən

qan çıxarmağı bir başqa,

Hahaqdan qarşı çıxar

haqqa da arada.

Olur ki, darı dələr qulağı,

Olur ki, adam eşitməz,

söz anlamaz.

Bəzən qıyya çəkməyi,

bəzən lallığı var.

Amma nə olur-olsun,

Qar kimi təmizliyi,

su kimi saflığı,

çörək kimi halallığı var.

Uşaq oyuncağı kimidir sevgi,

Ya da uşaq oyunu kimi...