Süleyman Abdulla - BİR ZƏRRƏ ŞEİR

Ədəbiyyat 09:15 / 16.11.2026 Baxış sayı: 866

 

Biz

qaranlıqda işıq axtaranlarıq,

Nə qədər qapadırsınız qapadın qapıları,

nə qədər örtürsünüz örtün pəncərələri...

Sındırın küçə fənərlərinin hamısını,

Bağlayın işıq düşəcək ən kiçik məsamələri,

söndürün bütün enerji mənbələrini...

Göy üzünə pərdə çəkin qapqara...

Dəxli yoxdur,

hardansa sızacaq bir zərrə işıq

Və biz o bircə zərrəyə tutunub

gözləyəcəyik Günəşin doğmasını...

...O, mütləq doğacaq!