Saqif Qaratorpaq - Səsin asta- asta
***
Səsin asta- asta
Dolur otağıma,
Buz yatağıma.
Soyuq divarlar isinir
Səsindən...
Hara qoyum səsini mən?
Bir az uyusun,
Dincəlsin.
Səsin elə həzin,
Elə zərif,
Elə kövrək...
Hələ yazılmayan,
Könlümdə çırpınan
Şeirtək.
Misra-misra hopur
Canıma,qanıma.
Səsin elə yaxın,
Elə doğma.
Bu gecə bilsən
Neçə darıxmışam,
Səsini qucaqlayım yatacam...