""ŞƏFƏQ" jurnalının   yeni  sayının təqdimatı keçirildi.

MƏDƏNİYYƏT 21:41 / 14.11.2026 Baxış sayı: 948

Bu gün -14 noyabr 2026-cı il tarixdə AYB Lənkəran Bölməsinin ədəbi -bədii orqanı olan ""ŞƏFƏQ" jurnalının 2026-cı ilin 3-4-cü sayının təqdimatı keçirildi.

Yenises.az  xəbər  verir  ki, bölmədə keçirilən    təqdimat   tədbirin də Lənkəran,Cəlilabad,Masallı,

Lerik və Astara rayonlarından olan şair və yazıçılar,ədəbiyyatşünas və publisistlər,elmi işçilər,ziyalılar və gənclər iştirak etdilər.

Tədbiri giriş sözü ilə Bölmənin sədri, yazıçı, dramaturq Qafar Cəfərli açaraq cənubun ədəbi mayakı olan "Şəfəq" jurnalının yeni sayının nəşr olunması münasibətilə jurnalda yer alan bütün müəllifləri təbrik etdi, 180 səhifəlik jurnalın bütün on bölməsi barədə qısa məlumat verdi.

Jurnalın ötən sayı barədə geniş təhlili yazının müəllifi şair,publisist, filologiya elmləri namizədi Bilal Alarlı çıxış edərək fikir və düşüncələrini bölüşdü.

Tədbirdə tarix üzrə fəlsəfə doktoru, publisist Leyla Məcidova, şair və yazıçılar Camal Lələzoə,Xanlar Həmid,Şahverən Cavad,Sərraf Talıb, Ağamir Cavad,İltifat Əhmədov,

Baləddin Veşo ,Füzuli Əli İbadov,Ziyafət Yəhya,Əhməd Haqsevər,Nəriman Azəri,Məzahir Azər, Müşfiq Məmmədov,Kamil Cabbarov,tədbirin qonağı, ədəbiyyat həvəskarı Allahverdi Quliyev çıxış edərək juranalın əhəmiyyətindən danışdılar, jurnalda yer alan müəllifləri təbrik edib redaksiya heyətinə minnətdarlıqlarını bildirdilər.

Tədbirdə çıxış edən şairlər Əlizaman Baxışın,Akif Vaqifoğlunun, Aqşin Mahirin, Şəbnəm Namiqqızının,

qazi-şair Kərəm Aydının ifa etdikləri şeirlər iştirakçılar tərəfindən maraqla qarşılandı.

Qafar Cəfərli yekun sözündə jurnal üçün materialların toplanmasında və nəşrində qarşıya çıxan problemlər barədə məlumat verdi, jurnalın fəaliyyəti üçün bölgə yazarlarının üzərinə düşən vəzifələri bir daha xatırlatdı.

Sonda xatirə şəkilləri çəkildi.