Bəhram Bilaloğlundan   İKİ ŞEİR

Ədəbiyyat 11:45 / 19.01.2025 Baxış sayı: 509

Yorğun fikirlərdən yuxuya getdim,

Dedilər,dünyanı dəyişdin,şair.

Bu mənzil əbədi məkandır sənə,

Ədalət uğrunda döyüşdün,şair.

 

Haqsızı susdurdun,bəraət aldın.

İlahi yoluna vəsatət aldın.

Qızıl kəlmələrlə şəhadət aldın-

Ədavət uğrunda döyüşdün, şair.

 

Acılar qonsa da,ruhuna hərdən.

Ötmədin vəsfindən qəzəl,şeirdən.

Yazardın hər zaman uzaq ol şərdən-

Sədaqət uğrunda döyüşdün, şair.

 

Sağ əlin "Quran"ı tutacaq onda.

Sözlərin yağıştək yağacaq sonda.

Solunda od deyil,gün çıxan anda-

Şəriət öz sözün,deyəcək, şair.

 

***

 

Divanəyəm,dəli könlüm,

Yetir məni o sevdaya.

Şahi-mərdan,sönməz eşqim,

Götür məni o sevdaya.

 

Tükənməyən məhəbbətdən.

Sənlə keçən səadətdən.

Verdiyin hər şərafətdən-

Ötür məni o sevdaya.

 

Ömrüm bada getməz sənsiz.

İman əhli ölməz qəmsiz.

Təqva, iman bitməz mənsiz-

Gətir məni o sevdaya.

 

Qürurumu səndən aldım.

Ədalətə,izlər saldım.

Dərk etdikcə,eşqə daldım-

İtir məni o sevdayla.