Adilə Səfərova : - Ay həkim
İşinə, peşəsinə hörmətlə yanaşan həkimlər üçün
Canlar qurtarırsan can ağrısından,
Sirdi, möcüzədi əlin, ay həkim.
Dərmandan, məlhəmdən az şəfa vermir,
Şehrdi, ovsundu dilin, ay həkim.
Aman diləyənə aman yerisən,
Canla çarpışanın uman yerisən,
Sən inam yerisən, güman yerisən,
Söhrəti- şanısan elin, ay həkim.
Həyat bəxş edibsən neçə yüzlərə,
Sən layiq birisən ali sözlərə.
Güluş gətirmisən qəmli uzlərə,
Silmisən gözlərin selin, ay həkim
Amalin, niyyətin saf sudan duru,
Sönməsin əlinin şəfayət qoru.
Xəstə bənizinə bəxş edib nuru
Həmişə sevinib, gülün, ay həkim