Elnur Uğur Abdiyev : Gecə Günün işığına səmt alıb
Gecə Günün işığına səmt alıb,
Xəyalları gerçəkliyə daşıdım.
Bu günümü dünənimdə qazandım,
Səhərlərin səhərini yaşadım.
Söz- söz süzüb tale adlı qədəhdən,
Ölməzliyin şərbətini içmişəm.
Mən özümə özüm boyda yolam,yol,
Öz yolumdan yolçu kimi keçmişəm.
Daha məni qorxudammaz tufan,qar
Ruhumda bir işıq seli çağlayır.
Harda eşq var ,orda, Elnur, uğur var,
Hər uğurun həsrət yolun bağlayır.