Saqif Qaratorpaq - Tanrı belə yazıbmış

Ədəbiyyat 14:20 / 02.07.2026 Baxış sayı: 403

Tanrı belə yazıbmış

Gəlməliydin...nə gözəl!

Hər ağrımı-acımı

Bilməliydin... nə gözəl!

 

Elə bəzmi-əzəldə

məndən xəbərdar idin.

Kimsə yoxdu yanımda

Nə yaxşı sən var idin.

 

Mələklər qulağına

pıçıldyıb adımı.

Yarama məlhəm oldun,

Sarıdın qanadımı.

 

Axdın,nur kimi axdın

Könlümə damla-damla.

Zalım,indi sərxoşam

Səndən içdiyim camla.

Ha axtardım,aradım

Gəzdim gündə özümü.

Nə yaxşı gəlib çıxdın,

Tapdın səndə özümü.