Ələsgər Əlioğlu - BU GÜNÜMÜN ŞAİRİ
Heç düzəldənmir qəddini,
Qələmini qəm qəddəyir...
Zaman da bilmir qədrini,
Görsün nə çəkdi şairi.
Ağrı-acıya bənd olub,
Ağ gününə kəmənd olub...
Dünya özü həpənd olub,
Nəyə gərəkdi şairi!?
Çıxmaz dərdin çilləsindən,
Aşar əsrin qülləsindən...
Bu günümün gülləsindən,
Qat-qat gödəkdi şairi!..