Faiq  Balabəyli -Dost da gələr, yad da gələr

Ədəbiyyat 11:11 / 02.07.2026 Baxış sayı: 406

Dost da gələr, yad da gələr

hər biri, bir adda gələr

kül altında od da gələr,

gələr məni yaxıb gedər.

 

Bu dünya ilkdən belədi

gah sevincdir, gah tələdi

gələn, gəlib yox küməmi

gər başıma yıxıb gedər.

 

Nə deyirsiz mərdə deyin

qəmə deyin, dərdə deyin

qərib ölən yerdə, deyin

bulud ağlar çıxıb gedər.