Əli Hacı Ağaevli -  DEYİLMİŞ

Ədəbiyyat 10:01 / 02.07.2026 Baxış sayı: 461

Çox gözlədim yolunu,

Gəlmək,sənlik deyilmiş !

Gəlin olan birinə

Baxmaq,mənlik deyilmiş !

Bu,haqdı gendən gələn,

İllərdən,gündən gələn !

Ya eldən,dindən gələ

Yaxmaq,mənlik deyilmiş !

Aç sinəmi,çıx dağa

Bəlkə,gözün göz yığa !

Sən,getginən qabağa

Yıxmaq,mənlik deyilmiş !

Göy də ağdı,həm qara

Öz qoynunda Ay-para !

Dünya kimi çapara

Çaxmaq,mənlik deyilmiş !

Olum,ölüm olmağa

Həm nökərəm,həm ağa !

Öz yolundan qırağa

Çıxmaq,mənlik deyilmiş !