Adilə Nəzər : - “HAQQ!” DEYƏ-DEYƏ

Ədəbiyyat 10:40 / 02.07.2026 Baxış sayı: 458

 

Mən dilsiz bir bəndə, sən uca bəyan,

Verdim başdan huşu “Haqq!” deyə-deyə...

Eşqinin odunda bişdim, ey Sultan!

Uçdu canım quşu “Haqq!” deyə-deyə...

 

Dünyanın yükünü çəkdim, yoruldum,

Bulud tək boşaldım, su tək duruldum.

Mən sənə elə bir sirdən vuruldum,

Oldum qınaq tuşu “Haqq!” deyə-deyə.

 

Gecələr pərvanə tək şəmə gəldim,

Sənə yaxınlaşan o dəmə gəldim.

Mən bu xərabatda saz qəmə gəldim,

İnlər simin xoşu “Haqq!” deyə-deyə...

 

Nə mülkə bağlıyam, nə ada, sana,

Baxma bu zahirdə sınıq insana.

Könül pəncərəmdən baxıb cahana,

Adilə yan, üşu “Haqq!” deyə-deyə...

02.07.2026