Şakir Xanhüseyn -OLMADI
Ədəbiyyat
12:00 / 09.05.2026
Baxış sayı: 225
Tükü tükə tutdunsa da,
diləyin hasil olmadı.
Bax, quru görünsün deyə
gözünü ha sil, olmadı...
Dərdə oyna, bir sevin də;
səni ancaq dərd sevir də.
Əsil birinin evində
sərməyə həsir olmadı...
Nə qaynayır qazanında,
xoşdur elə yavanın da...
Ağır anında
yanında,
heyif, heç kəsin olmadı...