Əlirza HƏSRƏT  -  SEVDİYİM LALƏ

Ədəbiyyat 11:00 / 09.05.2026 Baxış sayı: 236

 

Hər gün çovğun tuta,hər gün qar yağa,

Duman bel bağlamaz burda hər dağa.

Köhnə eyvanımda yuva qurmağa,-

Bu bahar qayıdan qaranquş deyil.

 

Gah tində dayandım,gah da dalanda,

Ürək boşalmadı heç göz dolanda .

Mən eşq qəfəsinə sürgün olanda,-

Yaxşı bilirdim ki,yaş o yaş deyil.

 

Daha üz döndərib kəniz şahından,

Burda gül açılır eşq silahından.

Bağrına xal düşən Əsli ahından,-

Sevdiyim Lalədir,o xaş-xaş deyil...