Fəridə Məmmədli - Havasızlıq
Həyat yükü ağrı dolu,
Qaldırıram, güçüm çatmır.
Yer də, göy də hava dolu,
Mənə isə hava çatmır.
Arzuların uzaq yolu,
Boylanıram, əlim çatmır.
Göydən ötür hava yolu,
Mənə isə hava çatmır.
Yorulmadım bilərəkdən,
Köks ötürüb ah çəkməkdən,
Nəfəs alır el ürəkdən,
Mənə isə hava çatmır.
Əl üzadıb ağ dumana,
Boy atıram asimana.
Sualım var Yaradana,
Mənə niyə hava çatmır?!