Ramiz Qusarçaylı - Qara qutu
Putin Zelenskiyə ərizə yazaraq Moskvada parad keçirməyə razılıq verməsini ondan xahiş edib. Zelenski Putinə razılıq verib və ərizəsinə dərkənarı şeirlə qoyub. Şeirin adı “Qara qutu”du.
Dünyada hər doğunun
Batısı Moskvadı.
Zülmün, zülmətin tündü
Qatısı Moskvadı.
Donbas, Krım, Suxumi,
Düyünlənib sap kimi...
Hər oyunun tilsimi
Cadusu Moskvadı.
Tehran baş qaravaşı,
Dəməşq qanlı göz yaşı,
Yerevanın oynaşı,-
Lotusu Moskvadı.
Sibirin ağ ayısı,
Qafqazın dağ ayısı,
Xəzərin qağayısı,
Tutusu Moskvadı.
Siyasi təşvişlərin,
Hiyləgər sazişlərin,
Bütün qara işlərin
Qutusu Moskvadı.