Əşrəf  Veysəlli - ÜZ-ÜZƏ GƏIMİŞİK…

Gündəm 11:45 / 09.05.2026 Baxış sayı: 210

 

Ay sözü gerçəyim, məni bağışla,-

O gün bu dünyanın yalan günüydü.

Bütün çiçəklərin, bütün güllərin,

Bütün çəmənlərin solan günüydü.

 

Yağırdı üstümə qəm löyün- löyün,

Bağrımın başında dərd düyün- düyün…

Əgər inanmırsan, günü də deyim.

Deyim: filan ayın günüydü.

 

Gözüm çox yamanı- yaxşını görüb ömrün payızını, qışını görüb,,,

O gün, əzrailin işini görüb,

Üzümə qımışıb gülən günüydü.

 

Külli- kainatın dağılıb- uçan,

Qəlbimin min yerdən sızlayıb sancan,

Çöllərin ayağım altından qaçan,

Dağların üstümə gələn günüydü…

 

Onsuz bircə gün də gün görməmişəm,

Dolub gözlərimə çən, görməmişəm…

Üz- üzə gəlmişik,.. mən görmənişəm,

Bağlşla,..

anamın ölən günüydü.

2013- cü il